Ответ на мнение Гамета Сулейманова обо мне (на азербайджанском языке)
С именем Аллаха Милостивого, Милосердного!
Qamət Süleymanovun haqqımda olan yazısına cavabım
Bu günlərdə hörmətli qardaşım Qamət Süleymanovun mənə qarşı yazısını oxudum. Allah onu və hamımızı qorusun və bağışlasın!
Cavabım sadə olacaq.
Allaha şükr edək ki, biz heç kəsə, istər şeyx olsun, istər ata, millət və ya ölkə, təəssüblə yanaşmırıq. Çünki təəssüb, fanatizm ürəklərə asanlıqla girib, insanları qərəzsiz çətin saxlaya.
Əgər mənə qarşı kimdəsə nəsə vardır, yanıma gəlib, nəsihət edin yaxud şəxsən mənə məktub yollayın. Əlhəmdülillah, təkəbbürdən uzağam. Rica edirəm məni bu faydasız boşboğazlığa düçar etməyin!
Müasir alimlərimiz də bizi məhz bundan qoruyur. Şeyx əl-Fövzən deyir: «Başqa insanları müzakirə etməkdən əl çəkin. «O hizbçidir, bu fəlandır» kimi söhbətlərə son qoyun. Başqaları haqda söz etməkdən çəkinin. Məsləhət və nəsihət edin, insanları bir araya, həmrəyliyə çağırın və elmi şərəfli insanlardan alın. İnsanları elmi doğru yol ilə əldə etməyə vadar edin: istər dini elm olsun, istər də dünyavi. Dini elm, əlbəttə, yaxşıdır, dünyavi elm isə həm insana, həm də cəmiyyətinə fayda verəcək. «Filankəs səhv elədi,» «eləsi haqlıdır,» «beləsi onlardandır» kimi dedi-qodular nifaq, ixtilaf və fitnə yaradır. Kiminsə səhvini gördükdə, məclislərdə «filankəs elə etdi, belə etdi» deməkdənsə, onunla təklikdə üzbəüz söhbət edin. Onda bu, nəsihət olar. Kiminsə sözü məclislərdə danışılanda isə, artıq məsləhət və ya nəsihət deyil, qalmaqaldır. Bu, qeybət və bədxahlıqdır.»
(Tam mühazirəni ərəbcə buradan dinləmək olar: http://www.islamgold.com/view.php?gid=2&rid=145)
Hər bir insan kimi, mənim də öz nöqsanlarım və səhvlərim var. Lakin eşitdiyiniz hər bir sözü yaymaq mütləqdirmi?
Müslümün rəvayyətində Peyğəmbərimizin (səlləlahu əleyhi və səllam) hədisi sizlərə gözəl mə’lumdur: «Yalançı olmaq üçün hər eşitdiyin sözü başqalarına yaymaq kifayyətdir.»
Hansımız günahsız, mə’sumuq? Hər bir insan, kim olursa olsun, nəyisə bilməz, nəyisə unudar, yorular ya da qəzəblənər, nəyisə yalnış yoza bilər… Məgər Sünnəni Sünnə yolu ilə müdafiə etmək özü Sünnədən deyilmi? Qardaşlarım, sizin üslubunuz məyyus və təəsüfedicidir. O, şeyxlər və hər bir saleh mö’mindən pis fikirləşməyə məcbur edir. İstədiyinizi müdafiə edib, məndən nəsə tələb edərkən, ləkələməkdən çəkinə bilməzdinizmi? Məndən söz apararkən, «səhvə yol verdi», «yanıldı», «düzgün yozmadı» deyə bilməzdinizmi?
«Səlim Əbu Ömərdə bu (bid’ətçilərə olan mövqeyi), böyük bir problemdir. O, ivxanlara və hizbçilərə olan öz baxışını düzəltməlidir. O, həmçinin şeyxlərə hörmət məsələsinə öz münasibətini dəyişməlidir. Yuxarıda sadalan məsələlər ciddi problemdir, buna görə ona qulaq asıb, ondan elm almaq məsləhət görmürəm. Belə bir insan dindən danışmamalı, sələfilər arasında də’vəti aparmamalıdır.»
(Qamət Süleymanovun 856 nömrəli suala cavabı, rus dilindən tərcümə. Orijinalı rusca: «У Салима Абу Умара это серьезная проблема (позиция по отношению к нововведенцам). Он должен исправить и изменить свое отношение к ихванам и хизбитам. Также он должен поменять свое отношение в вопросе уважения к шейхам. Перечисленное выше является серьезной проблемой, и поэтому я не советую слушать его и получать от него знания. Такой человек не должен говорить о религии и заниматься призывом среди саляфитов. »
http://sunnapress.com/online-qa/8292-voprosy-i-otvety-s-gametom-sulejmanovym-avgust-2014.html)
Eyni məfhumu mülayim və hörmət sözlər ilə ifadə edib, onlara «Allah qardaşımızı bağışlasın», «Allah ona hidayət versin», «Allah ona və bizlərə yardımçı olsun» kimi, müsəlmanlara xas olan xoş ifadələri əlavə etmək olar idi. İslam alimləri məhz belə edərdi.
Şeyx Əbdüləziz ibni Baza (Allah ona rəhmət etsin!) belə bir sual ilə müraciət etdilər:
«Səhvə yol vermiş saleh insanların adlarını çəkib, onlara cavab vermək olarmı? Və bu cavab necə olmalı? Onların səhvlərini ictimayyətə çatdırıb, yazdıqları kitabları oxumaqdan insanları çəkindirmək lazımdırmı?»
Cavabən şeyx Əbdüləziz ibni Baz (Allah ona rəhmət etsin!) belə dedi:
«Əgər insan kiminsə səhvini tapıpsa, onu göstərib, qarşılığinda müvafiq dəlil gətirməlidir. Eyni zamanda müəllif üçün Allaha dua etməlidir. Məsələn, «Allah ona kömək etsin, doğru yola yönəltsin» deyə. O, «bu, məqbul deyil» və bundan sonra «dəlili isə budur və odur» şəkildə cavab verməlidir. Ola bilsin ki, həmən insan bu dəlilə sadəcə diqqət yetirməmişdir. Bu barədə elmi olan adamdan soruşub, müəllifə səhvini başa salmaq lazımdır. Yə’ni insan ilk öncə alimlərdən məsələni aydınlaşdırıb, sonra müəllifə müraciət etməlidir. Səhv qabariqdirsa, dəlil varsa və insan özü alimdirsə, o, səhvi «bundan asla elm alınmaz» kimi kobut sözlər deyilmədən, eyhamlar ilə eyib etməyərək, alçaldatmadan başa salmalıdır. Səhvi göstərib, müəllifin alim olduğu qeyd ediməlidir.
İzah etdiyi şəriət qaydaları belə insandan qəbul edilməli və yalnız dəlilər ilə sübüt olunmuş səhvlər bundan istisna olunmalıdır. İmam Malik də səhv edərdi, imam Əhməd də, imam Əbu Hənifə də, imam Şəfii də… Onların səhvləri mə’lumdur, lakin bu, onlardan doğru elm almağa bizə mane olmur. Hər bir alimin ya sonradan düzəltdiyi, ya da hansısa məsələni başqalarından fərqli anladığı səbəbindən irəli gələn səhvləri vardır».
(Tam mühazirənin ərəbcə buradan dinləmək olar: http://www.islamgold.com/view.php?gid=2&rid=4)
Konkret şəxsiyyətləri müzakirə məsələsində mən görkəmli alimlərin üsulundan istifadə edirəm. Belə alimlərdən olan ibni Üseymindir (Allah ona rəhmət etsin!)
Doktor Əbdüləhəd Təyyarın hazirladığı «Likə əl-Bab əl-Məftuh» (3/455–456) kitabında şeyx Üseyminin cavablandırdığı belə bir sualla rastlaşırıq: «Hörmətli şeyx, Siz bilirsiniz ki, filan şeyx islam də’vəti yolunda cəhd göstərir. Bə’zi insanlar adı çəkilən şeyxə qarşı çıxış etdiyi üçün, Sizdən onun barəsində danışmağı xahiş edirik. Allah Sizdən razı olsun!»
Şeyx Üseyminin bu suala cavabı: «Biz buraya konkret insanları müzakirə etməyə toplaşmamışıq. Ona görə sadəcə bunları deyəcəyəm. Birincisi. Allah yoluna səmimi-qəlbdən də’vət edən İslam Ümmətinin həm erkən, həm müassir zamanımızın nümayyəndələri bu savab işə görə təqdirə və tərifə layiqdirlər. İkincisi. Hər bir insan sahib olduğu elminə və təqvasına baxmayaraq, səhvə yol verə bilər, bə’zən bilmədyindən, ola bilsin diqqətsizliyindən, bəlkə də başqa səbəblərə görə. Lakin, İbni Rəcəb (Allah ona rəhmət etsin!) «Əl-Qəvayid» kitabında yazdığı kimi,» əsl qərəzsiz insan odur ki, əksiriyyəti doğru əməlləri olan adamın kiçik səhvlərini bağışlayar». Qaydamız budur: biz məclislərimizdə, görüşlərimizdə, cavablarımızda konkret şəxsləri nə tərif, nə də təqsir edirik. Biz hökmlərimizi təsvirə bağlamalıyıq, kokret şəxsə deyil. «Kim belə etdi, buna layiqdir, kim isə elə etdi, ona layiqdir» şəkildə deməliyik, istər xeyirdən söz düşsün, istər şərdən. Şəxsiyyəti dəyərləndirəndə isə, həm ləyiqli cəhətlərindən, həm də nöqsanlardan deməliyik, çünki bu, ədalətliyin tələbidir.»
Yeri gəlmişkən, mənə şəxsən Qamət Süleymanov və başqa qardaşlar haqqında sual veriləndə belə cavab vermişdim: «Упрекать легко, а наставлять ведь нужно»
http://svet-islama.com/articles/adab/uprekat-legko-a-nastavlyat-ved-nujno/
Uca Allahdan ürəklərimizi hər bir müsəlmana qarşı, istər sadə insan olsun, istər alim, nifaqdan qorumağa diləyirəm. Rəbbimiz Onun qulları haqqında kobut sözləri deməkdən dillərimizi qorusun! Allah hamımızı bağışlasın, hamımıza rəhm, tövbələrimizi qəbul etsin, bizə nöqsanlarımızı göstərsin və bizi peyğəmbərlər, saleh möminlər və şəhidlər sırasında toplasın. Bizdən fərqli olaraq, Özu, Sifətləri və Əməlləri Kamil olan Allaha Həmd olsun!
Əbu Ömər Səlim ibni Məhəmməd əl-Qəzzi